Yuxarı

Mahir Emrelidən gözləntilər çoxdur - Alman mütəxəssis

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyalı futbol mütəxəssisi Diter Hekqinq 2-ci Bundesliqada sabah keçiriləcək “Hamburq”-“Nürnberq” matçı ilə bağlı fikirlərini açıqlayıb.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis bu haqda “Bild” qəzetinə danışıb.

Hər iki komandada baş məşqçi kimi fəaliyyət göstərmiş Hekqinq hazırda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də çıxış etdiyi “Nürnberq”in yaxşı formada olduğunu söyləyib:

“Nürnberq” derbidə “Fyurt” üzərindəki 4:0, “Reqensburq”la matçda isə 8:3 hesablı qələbədən sonra əla formadadır. Bundan başqa komandanın hücum triosu - Cülian Yuştvan, Mahir Emreli və Stefanos Tsimasdan gözləntilər çoxdur. Bu üçlüyü nəzarətə götürmək çətin olacaq”.

O, həmkarı Miroslav Klozenin mövsümün əvvəlinə uğursuz başlayan “Nürnberq”də yaxşı işlər gördüyünü də deyib:

“Heç şübhəsiz, Miro doğru nəticələr çıxardı. Komandaya təzyiq çox olanda o, geri çəkilmədi. Bu, mənə xoş gəldi”.

Qeyd edək ki, 11-ci turun “Hamburq”-“Nürnberq” matçı sabah Bakı vaxtı ilə saat 16:30-da başlanacaq. 10 oyundan 18 xalı olan “Hamburq” 5-ci, 16 xala malik “Nürnberq” isə 8-ci yeri tutur.

M.Emreli 2-ci Bundesliqada son iki oyunun hər birində 1 qol vurub. O, daha 1 dəfə isə Almaniya kubokunun matçında fərqlənib.

Tarix
2024.11.02 / 21:35
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkian Moskvaya gedir: Rusiya ilə saziş imzalayacaq

Əlcəzair liderindən Əliyevə: Bu ağrılı sınaqdan...

Təyyarəmizi vuran "Pantsir-S" sistemi nədir, necə işləyir?

Məlikovdan Əliyevə: Sizinlə birlikdə kədərlənirik...

Təyyarə qəzası necə baş verib? - Nazir danışdı

Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video

Ukrayna təyyarə qəzası ilə bağlı açıqlama yaydı

Təcili: AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - Video

“Qara qutu"nun incələnməsinə başlanıldı

Xaricdəki Azərbaycan evlərində xatirə guşələri yaradıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla