Harris, yoxsa Tramp? Bəziləri iddia edir ki... - Tusk
23:29
Ana səhifə Planet |
Belarus Respublikasının əhalisi tarixi regionların Rusiya Federasiyasına birləşməsinin tərəfdarıdır.
Axar.az xəbər verir ki, bu sözləri Belarus teleaparıcısı və jurnalist Qriqori Azarenok Zaporojye vilayətinin Berdyansk şəhərindəki “Mayak” yaradıcılıq mərkəzində “Gənc cənub” forumunda deyib.
“Rusiyanı dəstəkləməyən, yeni bölgələrə (Rusiyanın Ukraynada işğal etdiyi əraziləri özünə birləşdirməsinə - red.) dəstək verməyən 10% çılğın adam ölkədən qaçıb və artıq pasportlarına görə demək olar ki, belarus deyillər, çünki pasportlarının müddəti başa çatır. Deməli, xalqımızın 90%-i və hazırda ölkədə yaşayanların 100%-i Rusiyanı dəstəkləyir, yeni bölgələrin tarixini bilirlər: döyüş niyə gedir, qələbə niyə lazımdır – anlayırlar”, - Azarenok bildirib.
Tarix
2024.11.02 / 20:44
|
Müəllif
Didəm Qədirova
|