Yuxarı

Abxaziyada etirazçılar parlamentə soxuldular - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abxaziyada etirazçılar parlamentə soxuldular - Video

13:54

Bu gün qondarma Abxaziya parlamentinin Rusiya ilə investisiya sazişinin ratifikasiyası ilə bağlı yenidən etiraz aksiyaları başlayıb.

Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, etirazçılar yük maşını ilə darvazanı qıraraq parlamentin ərazisinə soxulublar.

***

Abxaziya “parlamenti” binasının yaxınlığında atışma səsləri eşidilir.

***

Suxumda etirazçılar Abxaziya prezidentinin administrasiyasına doğru irəliləyirlər.

***

Suxumdakı etiraz aksiyaları nəticəsində 8 nəfər yaralanıb.

Bu barədə Abxaziya "səhiyyə nazirliyi" məlumat yayıb.

***

Abxaziyada etirazçılar parlament binasının pəncələrindəki dəmir barmaqlıqları sındıraraq içəri daxil ola biliblər.

***

Abxaziya təhlükəsizlik qüvvələri parlament binasının yaxınlığındakı ərazini kütləvi şəkildə tərk ediblər.

Bildirilib ki, təhlükəsizlik qüvvələri etirazçılara heç bir müqavimət göstərməyib.

Parlamentə soxulmağı bacaran etirazçılar isə iclas zalını darmadağın ediblər.

***

Abxaziya müxalifəti hazırkı “prezident” Aslan Bjaniyaya ultimatum göndərərək, ondan bir saat ərzində istefa verməsini tələb edib.

Bu açıqlama ilə müxalifət təmsilçisi Levan Mikaa çıxış edib.

***

Aslan Bjaniya istefa verməkdən imtina edib.

O, Abxaziyada qalacağını və vəzifəsini icra edəcəyini bildirib.

Tarix
2024.11.15 / 23:55
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla