Yuxarı

Hizbullahı Rusiya silahlandırıb? – Nəhəng anbarlar tapıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hizbullahı Rusiya silahlandırıb? – Nəhəng anbarlar tapıldı

Bu gün yayılan hesabata görə, İsrail ordusu Livanın cənubunda Hizbullahın ixtiyarında gözlədiyindən daha böyük miqdarda Rusiya silahı ilə qarşılaşıb.

Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.

Nəşrin Suriya təhlükəsizlik rəsmiləri və ərəb mənbələrinə istinadla verdiyi məlumatına görə, silahların bir çoxu Rusiya tərəfindən illərlə təchiz edilən Suriya ordusuna məxsus olub.

Lakin silahların Livan terror qruplaşmasına necə çatdığı bəlli deyil.

“Həm Rusiya, həm də Hizbullah Suriya vətəndaş müharibəsində Suriya Prezidenti Bəşər Əsədin tərəfində vuruşub. Hizbullahın müasir, mürəkkəb silah anbarı həm kəmiyyət, həm də keyfiyyət baxımından əvvəlki hərbi təxminləri çox üstələyib. Hesabatda deyilir ki, bu, İsrail əsgərlərini vurmaq və öldürmək qabiliyyətini gücləndirir”, - nəşr qeyd edib.

İsrail ordusunun komandirlərindən biri nəşrə açıqlamasında vurğulayıb ki, quru əməliyyatının ilk günlərində tapılan silahların 60-70 faizi Rusiya istehsalıdır. Hətta “Kornet” tank əleyhinə idarə olunan raketlərin Hizbullaha 2020-ci ildə verildiyi bildirilib.

Qeyd edək ki, ötən gün İsrailin ələ keçirdiyi Hizbullaha məxsus Rusiya istehsalı olan silahları Ukrayna ordusuna ötürəcəyi barədə məlumat yayılmışdı.

Tarix
2024.11.19 / 13:37
Müəllif
Axar.az
Digər xəbərlər

Ölkədə bu heyvan ətlərinin satışına qadağa qoyulur?

Paşinyanla seçkidə yalnız o rəqabət apara bilər

XIII Qlobal Bakı Forumu başa çatdı

Yaxın Şərqdə münaqişə çox uzun çəkəcək, buna hazırlaşın!

Pakistanlı diplomat Azərbaycana təxliyə olundu - Foto

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Bakıda bu konfrans kiber hücuma məruz qaldı - Foto

Bakı beynəlxalq müzakirə platformasına çevrilir - Deputat

Azərbaycan XİN Efiopiyaya başsağlığı verdi

Növbəti raket hücumu: Türkiyə İrana cavab verə bilərmi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla