Yuxarı

Tiflisdə toqquşma: tüstü bombası atıldı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflisdə toqquşma: tüstü bombası atıldı - Video

Tiflisdə Çiçinadzedə küçəsində, Gürcüstan parlamentinin yan girişində polislə aksiyaçılar arasında toqquşma olub.

Axar.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, polis kütlənin üzərinə bir neçə tüstü bombası atıb.

Polis etirazçıları binadan uzaqlaşdıraraq Rustaveli prospektinə keçirməyə çalışır. Nümayişçilər müqavimət göstərirlər.

Aksiyaçılar polisə “insan deyilsiniz”, “qullar”, “ruslar” deyə qışqıqırırlar. Xüsusi təyinatlılar da daxil olmaqla, binanın girişdə yüzlərlə polis toplaşıb.

Gürcüstan Daxili İşlər Nazirliyi parlamentin yaxınlığında keçirilən etiraz aksiyasında xəsarət alan əməkdaşlarından birinin xəstəxanaya yerləşdirildiyini bildirib və nümayişçiləri asayişə çağırıb.

“Biz bir daha mitinq iştirakçılarını zorakılıq hərəkətlərindən çəkinməyə və qanunla müəyyən edilmiş normalara uyğun etiraz aksiyası keçirməyə çağırırıq”, - DİN-in bəyanatında bildirilib.

Qeyd edək ki, bu gün Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin AB-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırdığını və Avropanın qrantlarından imtina etdiyini açıqlayıb.

Bu xəbərin ardınca Zurabişvili AB-nin Gürcüstandakı diplomatik nümayəndəlikləri ilə təcili görüş keçirib. Müxalifət isə Gürcü Arzusunun baş ofisinin və parlament binasının önündə aksiyaya başlayıb.

Tarix
2024.11.29 / 00:31
Müəllif
Axar.az
Digər xəbərlər

"Azər" yoxsa "Azəri"? - Millət vəkilindən mühüm şərh

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla