Yuxarı

Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu

Türkiyədə bir müddətdir davam edən “kürdlərə dəstək”, “kürdlər əzilir” başlıqlı aksiyalar zamanı iştirakçılardan birinin erməni dilində açdığı plakat ciddi müzakirələrə səbəb olub.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, aksiyalarda əsasən PKK terror təşkilatının qurucusu, Türkiyədə həbsdə olan Abdullah Öcalanın “Jin, Jiyan, Azadi”, yəni “qadın, həyat, azadlıq” sözləri şüar olaraq səsləndirilir.

Lakin bir neçə gün öncə keçirilən etirazlarda iştirakçılardan birinin bu sözləri erməni dilində yazması və həmin plakatı sosial şəbəkə hesabında paylaşması birmənalı qarşılanmayıb. Bu, Türkiyədə yaşayan ermənilərin separatçı fikirlər səsləndirən kəsimə dəstəyi kimi qiymətləndirilib.

Sözügedən plakat sosial şəbəkələrin erməni seqmentində qınaq atəşinə tutulub.

Qeyd edək ki, məşhur “ekofəal” Qreta Tunberq də bir neçə gün öncə Türkiyənin şərq vilayətlərinə səfər etmiş və buranı “Kürdüstan” adlandırmışdı. Onun separatçılara dəstəyi və çağırışları Türkiyədə ciddi etirazla qarşılandı.

Tarix
2024.11.30 / 11:08
Müəllif
Axar.az
Digər xəbərlər

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla