Yuxarı

Lavrovdan Paşinyanın KTMT ilə bağlı sözlərinə reaksiya...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lavrovdan Paşinyanın KTMT ilə bağlı sözlərinə reaksiya...

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ilə bağlı heç bir sənəd daxil olmayıb.

Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan Baş naziri Nikol Paşinyanın Ermənistanla KTMT arasında münasibətlərin dönüş nöqtəsini keçdiyi barədə bəyanatını şərh edərkən deyib.

“Biz bu söhbətləri eşidirik, Ermənistanın baş naziri parlamentdə bu mövzuda çox danışıb və müzakirə edib. Biz heç kimə heç nəyi məcbur etmirik. Əminik ki, üzvlükdən maksimum yararlanmaq Ermənistanın təhlükəsizliyinin maraqlarına uyğundur. Rusiya və KTMT-nin digər üzvləri İrəvana qapıları bağlamaq kimi qəbul ediləcək heç bir addım atmayıblar və atmayacaqlar”, - deyə o bildirib.

Qeyd edək ki, ötən gün Paşinyan parlamentdə bildirib ki, Ermənistan artıq özünü KTMT-dən kənarda hesab edir və buna görə də təşkilat daxilində qərarların və sənədlərin qəbulunda iştirak etmir.

Tarix
2024.12.05 / 22:17
Müəllif
Axar.az
Digər xəbərlər

Leyla Əliyeva Şamaxı sakinlərinin qonağı oldu - Video

Gizir Xanıya şəhidlik statusu verildi

Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video

Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi

Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq

Ermənistan sülhlə bağlı səmimi görünmür

Ərdoğan Naxçıvan sazişindən danışdı: Dönüş nöqtəsi...

AB iki Azərbaycan vətəndaşına sanksiya tətbiq etdi

Vətən müharibəsi zamanı Türkiyəni bunda ittiham edirdilər

Vaxt bitdi: Gültəkin Hacıbəyli deport edilmir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla