Yuxarı

Ərdoğan "ən kritik TŞ toplantısı"nı keçirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan "ən kritik TŞ toplantısı"nı keçirdi

Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının (MTŞ) toplantısı baş tutub.

Axar.az xəbər verir ki, Prezident Sarayında dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclas 3 saat davam edib.

Toplantıda terror qrupları və onların qolları ilə bağlı qətiyyətli mübarizə nəticəsində meydana çıxan vəziyyyət barədə Şuraya məlumat verilib.

Həmçinin, Livanda əldə edilən atəşkəs razılaşmasının daimi olmasının vacibliyi, İsrailin dərhal qətliamlara son verməli olduğu bildirilib.

Bundan əlavə, Suriyada gedən son proseslər, Ukraynada mövcud vəziyyət müzakirə edilib.

Azərbaycan və Ermənistan arasında davam edən danışıqların tez bir zamanda sülhlə nəticələnməsinin regiondakı bütün tərəflər üçün faydalı olacağı ifadə edilib.

Qeyd edək ki, bundan öncə Suriyada baş verənlər fonunda Türkiyə Təhlükəsizlik Şurasının "ən kritik iclaslarından birinin" keçiriləcəyi bildirilmişdi.

Tarix
2024.12.05 / 22:37
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

Zelenski bu ərazilərin Rusiyada qalmasına razılaşıb?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla