Yuxarı

Krım Ukraynanın bir hissəsi olardı, əgər... - Lavrov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Krım Ukraynanın bir hissəsi olardı, əgər... - Lavrov

2014-cü ildə çevriliş olmasaydı, Krım indi Ukraynanın bir hissəsi idi.

Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.

“2014-cü ilin fevralında baş vermiş çevriliş olmasaydı və bir gün əvvəl ovaxtkı prezident Viktor Yanukoviçlə müxalifət arasında əldə olunan razılaşma həyata keçirilsəydi, Ukrayna hələ də vahid olacaqdı, Krım isə onun bir hissəsi kimi qalacaqdı. Bu aydındır. Razılaşmanı yerinə yetirmədilər. Əvəzində dövlət çevrilişi təşkil etdilər”, - o bildirib.

Onun sözlərinə görə, Rusiya Donbasda çevrilişdən sonra başlayan münaqişəyə son qoymaqda maraqlı idi, lakin bunun üçün Minsk razılaşmalarının tam yerinə yetirilməsi lazım idi:

“Amma Ukraynadakı çevrilişdən sonra yaradılan hökumət tərəfindən sabotaj edildi. Razılaşdırıldı ki, bu hökumət çevrilişi qəbul etməyən insanlarla birbaşa dialoqa girməli və Ukraynanın bu hissəsi ilə iqtisadi əlaqələrin inkişafına kömək etməlidir. Bunların heç biri edilmədi. Kiyev rejimi heç vaxt onlarla birbaşa danışmayacağını bəyan etdi”.

Tarix
2024.12.06 / 11:32
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyənin müdafiə ixracatı 5 ildə bu cür artıb

İlham Əliyev Tailand kralını təbrik etdi

Güneydən 183 yazarın müraciəti: AYB iclas keçirəcək

Fazil Mustafa Suada qahmar çıxdı - “Məhsəti” müzakirəsi

Ermənilərin azərbaycanlılara qarşı cinayətləri...

Pensiyalar nə qədər artırılacaq? - Millət vəkili

Bakıda Azərbaycan-Gürcüstan Media Forumu başladı

Prezident konfrans iştirakçılarına müraciət etdi

Bakıda mühüm konfrans keçirilir

İran bu ölkəni tam itirdi: “Şiə hilalı” batdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla