Yuxarı

Cənubi Koreya prezidentinin impiçmenti baş tutmadı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cənubi Koreya prezidentinin impiçmenti baş tutmadı

Cənubi Koreya Prezidenti Yun Sok Yolun impiçmenti baş tutmayıb.

Axar.az xəbər verir ki, parlamentdəki əsas müxalif qüvvə olan Demokratiya Partiyasının təşəbbüsü və qanunverici orqandakı digər 5 müxalif partiyanın dəstəyi ilə Milli Assambleyada səsverməyə çıxarılan Prezident Yun Sok Yolun impiçmenti məsələsi yetərsay olmadığı üçün alınmayıb.

Səsvermədən əvvəl hakim Xalqın Gücü Partiyasının deputatlarının böyük hissəsi iclas zalını tərk edib. Nəticədə 300 yerlik parlamentin iclasında müxalifətdən 192, hakim partiyadan isə cəmi 3 deputat iştirak edib. Qanunvericiliyə uyğun olaraq, impiçmentin baş tutması üçün tələb olunan üçdə iki səs çoxluğu (200 səs) təmin olunmadığı üçün vəsatət rədd edilib.

Qeyd edək ki, Yun Sok Yol bir neçə gün öncə Şimali Koreyanın təhlükəsizliyə təhdid yaratdığını əsas gətirərək hərbi vəziyyət elan etmiş, ancaq bir neçə saat sonra xalqın tələbi ilə hərbi vəziyyət rejimini ləğv etmişdi.

Tarix
2024.12.07 / 19:58
Müəllif
Axar.az
Digər xəbərlər

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

Prezidentin əfv etdiyi yeganə qadın məhkum - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla