Yuxarı

Azərbaycan Xəzərdə ən vacib tərəfdaşımızdır - Babuşkin

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həştərxan və Bakı arasında birbaşa aviareyslərin sayının artırılması Rusiya regionunun Azərbaycanla iqtisadi əlaqələrinin güclənməsinə kömək edəcək.

Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Teleqram kanalında məlumat verib.

"Bizim biznes mərkəzlərimiz turist axınının artmasına fəal şəkildə kömək edir. Bundan əlavə, Azərbaycan Respublikasının nümayəndələri regionumuzun bütün beynəlxalq layihələrində iştirak edirlər. Bakı və Həştərxan arasında birbaşa uçuşların sayının həftədə 5 dəfəyə qədər artırılmasını təklif etdim", - ötən gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilən İ.Babuşkin bildirib.

Qubernator Prezident İlham Əliyevə təşəkkürünü bildirib və görüşdə strateji əhəmiyyətli məsələlərin müzakirə edildiyini qeyd edib.

"Xəzərin dayazlaşması kimi vacib problemi də müzakirə etdik. Prezidentimizin tapşırığı ilə həştərxanlı ekspertlər dəniz səviyyəsinin azalmasının səbəblərini təhlil ediblər. Azərbaycan tərəfi də bu istiqamətdə işləyir. İkitərəfli işçi qrupu yaradılıb, onun ilk iclası bazar ertəsi Bakıda keçirilib.

Azərbaycan Xəzərdə ən vacib tərəfdaşımızdır. Dövlət başçısı İlham Əliyevə növbəti görüş imkanına və çoxşaxəli əməkdaşlığımızın inkişafına göstərdiyi diqqətə görə minnətdaram. Müzakirə olunan bütün məsələlərdə dəstək aldıq", - o qeyd edib.

O, həmçinin vurğulayıb ki, söhbət zamanı bu ilin mayında başladılan Azərbaycan və Həştərxan vilayəti arasında əməkdaşlığın inkişafı üzrə kompleks proqramın ilk nəticələri müzakirə edilib.

Tarix
2024.12.11 / 09:57
Müəllif
Axar.az
Digər xəbərlər

Mediamız lazım gəldikdə hücuma da keçir - Prezident

Prezident 3-cü Şuşa Qlobal Media Forumunda iştirak etdi - Video

Bizim üçün bu ölkənin dəstəyi həmişə dəyərlidir - Əliyev

Atam mənə nə söyləyərdi? Əlbəttə ki... - İlham Əliyev

Bu iki məsələ həll edilən kimi Ermənistanla sülh olacaq - Əliyev

Rusiyanın cavabı uşaq bağçası səviyyəsində nağıldır - Prezident

Avropanın daha çox Azərbaycan qazına ehtiyacı var - Prezident

Tramp administrasiyası ilə əlaqələr yaxşıdır - İlham Əliyev

Ermənistan dəhlizi bundan sonra da bloklasa... - Prezident

İlham Əliyevdən ukraynalılara: Heç vaxt işğalla barışmayın!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla