Yuxarı

Ərdoğan Misirdə səfərdədir: Fidan qarşıladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan Misirdə səfərdədir: Fidan qarşıladı

10:54

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan D-8 Zirvə Toplantısının iclasında iştirak etmək üçün Misirə yola düşüb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, Türkiyə lideri eyni zamanda Fələstin və Livandakı vəziyyətlə bağlı xüsusi iclasa da qatılacaq.

Ərdoğanla bərabər, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun, ticarət naziri Ömər Bolat, Milli İstehbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç da Misirə gedib.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdə səfərdədir.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd edilib ki, Prezident "TUR" xüsusi təyyarəsi ilə Misirin paytaxtı Qahirəyə gəlib.

Onu Qahirə Beynəlxalq Hava Limanında xarici işlər naziri Hakan Fidan, Türkiyənin Qahirədəki səfiri Salih Mutlu Şən və Misir rəsmiləri qarşılayıblar.

Tarix
2024.12.19 / 13:03
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla