Yuxarı

Ukrayna gələn il bir sıra ərazisindən imtina edərək... - FT

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna gələn il bir sıra ərazisindən imtina edərək... - FT

Ukrayna 2025-ci ildə sülh sazişi imzalayaraq, bir neçə ərazisindən imtina edəcək.

Axar.az xəbər verir ki, bunu “Faynənşl Tayms” qəzeti yazıb.

Nəşrin yazdığına görə, bu, ölkənin gələcəkdəki təhlükəsizlik zəmanətləri ilə bağlı əldə edəcəyi bir razılaşma olacaq. Ukrayna öz ərazilərini itirsə də, əldə edəcəyi təhlükəsizlik zəmanətləri və beynəlxalq dəstək sayəsində yeni bir status-kvo yaradılacaq. Bu müqavilə, həmçinin NATO üzvlüyü məsələsini də qeyri-müəyyən müddətə təxirə salacaq.

Proqnozlara görə, Ukrayna lideri Vladimir Zelenski Rusiya Silahlı Qüvvələrinin işğal etdiyi ərazilər üzərində hüquqi deyil, amma faktiki nəzarəti qəbul etməyə məcbur olacaq.

“Kiyev əraziləri ABŞ dəstəyi ilə Avropa təhlükəsizlik zəmanətləri müqabilində təhvil verəcək, amma ölkənin NATO-ya üzv olması müvəqqəti olaraq dayandırılacaq”, - qəzetinin müəllifləri belə düşünür.

Bundan əvvəl “Die Velt” qəzeti də yazmışdı ki, hazırda Ukrayna hərbi baxımdan çox zəifləyib və gələn il danışıqlara getməyə məcbur olacaq, burada yeganə çıxış yolu ərazi güzəştləridir.

Tarix
2024.12.31 / 16:02
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla