Yuxarı

Qonşumuzda hərbi xidmət 6 ay oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 1-dən Gürcüstanda məcburi müddətli xidmətə çağırışla bağlı yeni qaydalar qüvvəyə minib.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, artıq çağırışçılar yalnız “Milli müddətli hərbi xidmət” adlandırılacaq hərbi xidmətə göndəriləcəklər.

Hərbi xidmətə çağırış hərbi qeydiyyatda olan 18-27 yaş arası şəxslərin siyahısından yanvarın 31-nə qədər təsadüfi seçim əsasında həyata keçiriləcək.

Gürcüstanda müddətli xidmət ödənişli olmaqla məzuniyyət və istirahət günlərindən ibarət olacaq. Çağırışçı özü üçün üç xidmət variantından birini seçə bilər.

Bildirilir ki, döyüş bölməsində xidmət - 6 ay, mühafizə və təminat bölmələrində xidmət - 8 ay, kiçik komandir rütbəsi və müəyyən ixtisas üzrə xidmət isə 11 ay olacaq.

Hərbi xidmətə çağırış il ərzində mərhələli şəkildə həyata keçiriləcək. Belə ki, döyüş bölməsində xidmətə çağırış aprelin 15-dən başlayacaq.

Mühafizə və təminat bölmələrində xidmətə çağırış dörd mərhələdə - martın 15-də, iyunun 1-də, avqustun 15-də və noyabrın 1-də həyata keçiriləcək.

Kiçik komandir rütbəsi və müəyyən ixtisas üzrə çağırış isə oktyabrın 15-də başlayacaq.

Yeni qaydalara əsasən çağırışçılar əvvəlki iş yerlərini saxlayacaqlar, dövlət qurumunda çalışırlarsa, maaşlarını alacaqlar, xidmət yerində isə onlara istirahət günü veriləcək, həmçinin ictimai nəqliyyatdan pulsuz istifadə etmək imkanı yaradılacaq.

Qaydalara görə, hərbi xidmətdən bir dəfə möhlət almaq olar, bu 5 min lariyə, yəni 2 min dollara başa gələcək.

Eyni zamanda, layihə çərçivəsində bütün dini konfessiyaların xidmətçiləri alternativ xidmət keçəcəklər.

Tələbələr istəsələr, özlərinə uyğun variantı seçərək ildə bir dəfə bir ay və ya fasiləsiz zabit rütbəsi almaq üçün intensiv kurs keçə bilərlər.

Tələbələr öz istəklərinə uyğun variant seçə bilərlər. Yəni onlar ya ildə bir dəfə 1 ay müddətinə kurs keçə bilərlər, ya da bu kursu təhsildən ayrılmadan keçə biləcəklər.

Tarix
2025.01.06 / 10:40
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyandan Mirzoyana göstəriş: Qarabağla bağlı sənədlər...

Prezident protokolu qəsdən pozdu, rusca danışdı – Səbəb

İlham Əliyev Szinpinə başsağlığı verdi

Petrosyanın sözləri Ermənistanın terrorçu mahiyyətini əks etdirir

Ermənilər Naxçıvan istiqamətində bunker tikir - Foto

Prezident fərman imzaladı

Güldən Əliyevə: Bu xəbəri dərin kədər hissi ilə qarşıladım

AZAL təyyarəsinin "qara qutu"ları - Fotolar

DSX mayoruna hücum edən idmançılar həbs olundu

Azərbaycan dünən uğurlu hücum etdi - Geqamyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla