Yuxarı

İsrail Türkiyə ilə mümkün müharibə xəbərdarlığı etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail Türkiyə ilə mümkün müharibə xəbərdarlığı etdi

İsrail hökumət komissiyası Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Ceykob Nagelin başçılığı ilə hazırladığı hesabatda Türkiyə ilə mümkün müharibə riskinə diqqət çəkib.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, hesabatda İsrailin gələcəkdə Türkiyə ilə qarşıdurma ehtimalına hazır olmasının vacibliyi vurğulanıb.

Hesabatda qeyd edilir ki, Türkiyənin Osmanlı İmperiyası dövründəki təsir dairəsini bərpa etmək istəyinin İsraillə münasibətlərdə gərginlik yaratma potensialı var. Xüsusilə, Suriya ərazisində fəaliyyət göstərən qruplaşmaların Türkiyə ilə birləşməsi İsrail üçün ciddi təhlükələr yarada bilər.

Nagel komissiyası hesabatını İsrail Baş naziri Benyamin Netanyahuya, müdafiə naziri İsrail Katsa və maliyyə naziri Betsalel Smotriçə təqdim edib. Hesabatda müdafiə büdcəsinin artırılması, yaxın 5 il ərzində hər il 15 milyard şekel (təxminən 4,1 milyard dollar) ayrılması tövsiyə edilir. Bu, İsrail ordusunun Türkiyə və digər regional təhlükələrə qarşı hazırlıqlı olması üçün vacib hesab edilir.

Baş nazir Benyamin Netanyahu hesabatın təqdimatında çıxış edərək Yaxın Şərqdə baş verən fundamental dəyişikliklərə diqqət çəkib:

“Uzun müddət ərzində İran bizim ən böyük təhlükəmiz olub. Lakin yeni güclər səhnəyə çıxır və biz gözlənilməz hadisələrə hazır olmalıyıq. Bu hesabat İsrailin gələcəyini təmin etmək üçün bir yol xəritəsi təqdim edir”.

Tarix
2025.01.07 / 20:21
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Ksaba Leykonu qəbul etdi

Səfirimizin Paşinyana ermənicə salamı rezonans yaratdı - Video

Putinin fərmanı: Mehdiyevləri “təxliyə” edə bilər?

Əliyevin bu qərarını yüksək qiymətləndirirəm - Paşinyan

Onları Azərbaycan ordusu öldürməyib - Mxitaryan

İrəvan Bakıdan bunu almaq istəyir - Rusiya təşvişə düşdü

ABŞ-ın sülh planı: Zelenski istəyinə nail oldu

Bakı ilə ən uğurlu razılaşma... - Paşinyan

Şura Bakıda keçiriləcək iclasın iş planını təsdiqlədi

Bakı və İrəvan arasında sülh nümunəsi göstərir ki... - Kansler

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla