Yuxarı

Nazirdən sosial ödənişlərlə bağlı sevindirici xəbər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirdən sosial ödənişlərlə bağlı sevindirici xəbər

Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır.

Axar.az APA-ya istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndidə keçirilən “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, 2018-ci ildən ölkədə beş sosial islahat paketi icra olunub və bu paketlər üçün illik əlavə maliyyə vəsaiti 8 milyard manat təşkil edir.

Anar Əliyev forumun Vətən müharibəsində qazanılmış Zəfərin altıncı ildönümü günlərində keçirildiyini diqqətə çatdırıb, şəhid ailələri və müharibə iştirakçılarına göstərilən sosial dəstək tədbirlərindən danışıb.

O, “SOCGOV 2026” forumunun Xankəndidə keçirilməsinin simvolik əhəmiyyət daşıdığını, azad edilmiş ərazilərdə qurulan yeni həyatın və ağıllı şəhər konsepsiyasının təqdimatı baxımından önəmli olduğunu vurğulayıb.

Nazir, həmçinin sosial xidmətlərin elektronlaşdırılması, əlilliyin qiymətləndirilməsi, məşğulluq xidmətlərinin təkmilləşdirilməsi və inzibati proseslərin avtomatlaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib.

Bildirilib ki, DOST mərkəzlərində göstərilən xidmətlərin 90 faizdən çoxu elektronlaşdırılıb. Sosial islahatların nəticələri beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib və bu sahədə əldə olunan uğurlar 300-dən çox beynəlxalq mükafat və sertifikatla təltif olunub.

Tarix
2026.10.23 / 11:00
Müəllif
Axar.az
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla