Yuxarı

Məşhur polkovnikin qardaşı oğlu həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə qızıl külçə keçirmiş şəxsin və eləcə də həmin cinayətin törədilməsində iştirak etmiş vəzifəli şəxsin qanunsuz əməlləri barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində başlanmış cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.

Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

İstintaq zamanı Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Hədəfləmə və Koordinasiya şöbəsinin böyük inspektoru Əfsər Nüsrət oğlu Mirzəliyevin öz qulluq mövqeyindən istifadə edib vətəndaş Səfər Həsən oğlu Səfərov ilə qabaqcadan əlbir olaraq 27 dekabr 2024-cü il tarixdə saat 04:50 radələrində sonuncunun İstanbul-Bakı aviareysi ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gələrək üzərində gətirdiyi ümumilikdə 461 min manat dəyərində olan 41 ədəd (3.145 qram) qızıl külçəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinə nail olmalarına əsaslı şübhələr müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində cinayət işi üzrə əhəmiyyət kəsb edən qızıl külçələr və digər maddi sübutlar aşkar edilərək götürülüb.

Toplanmış sübutlar əsasında Səfər Səfərova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), Əfsər Mirzəliyevə isə müvafiq olaraq CM-in 206.3.2 və 206.3.3-cü (vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə qabaqcadan olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilməklə barələrində istintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Əfsər Mirzəliyev məşhur polkovnik Abdulla Mirzəliyevin qardaşı oğludur.

Tarix
2025.01.07 / 19:06
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı Yunus Əmrə İnstitutuna yeni direktor təyin olundu

Baş nazirdən daha bir qərar

Sisi İlham Əliyevə başsağlığı verdi

İran generalından Azərbaycan mesajı

Azərbaycan gəmiləri İranın sifarişi ilə həbs edilib?

Əli Əsədov yeni qərar imzaladı

Azərbaycan və İran xalqları sıx tellərlə bir-birinə bağlıdır

Prezident Əli Əkbər Əhmədianı qəbul etdi

Bakının tələbinə İrəvandan qeyri-adekvat cavab

İmkan vardı ki, Qarabağda yaşayan ermənilər... – Mirzoyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla