Pensiya artımları niyə yanvar deyil, fevral ayında ödəniləcək?
10:32
Ana səhifə Gündəm |
Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinə yeni direktor təyin olunub.
Axar.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyindən Report-un sorğusuna cavab olaraq sözügedən vəzifəyə Güvən Çolakın təyin olunduğu bildirilib.
Məlumata görə, Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı təyinat münasibətilə Güvən Çolakı qəbul edib. Görüş çərçivəsində institutun fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bundan əvvəl Bakı Yunus Əmrə İnstitutunun direktoru vəzifəsini Səlcuq Karakılıç icra edib.
Tarix
2025.01.08 / 18:14
|
Müəllif
Axar.az
|