Yuxarı

Türkiyədə 3 məşhur partiya birləşir: “Yeni yol”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Gələcək, Səadət və DEVA Partiyaları birləşərək “Yeni yol” adlı partiya yaradacaqlar.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Sözügedən partiyaların hər biri 13 təsisçinin adını müəyyən edəcək. Yeni qurulan partiyanın lideri deputat olmayan şəxs seçiləcək.

Yeni partiyanın yaranmasına baxmayaraq, Səadət, Gələcək və DEVA partiyaları öz fəaliyyətini davam etdirəcəklər.

Yeni partiya qurulduqda Səadət, Gələcək və DEVA partiyalarından olan millət vəkilləri Türkiyə Böyük Millət Məclisinə (TBMM) yeni partiyada siyasi fəaliyyətlərini davam etdirmək istədiklərini bildirən ərizə təqdim edəcəklər. Beləliklə, yeni fraksiya yaradılacaq.

Yeni partiyanın yaradılması ilə bağlı müraciətin yanvarın 10-u və ya 13-də Türkiyə Daxili İşlər Nazirliyinə təqdim edilməsi planlaşdırılır. Bundan sonra Gələcək Partiyasının sədri Əhməd Davudoğlu, Səadət Partiyasının sədri Mahmud Arıkan və DEVA Partiyasının sədri Əli Babacanın ictimaiyyətə birgə açıqlaması gözlənilir.

Tarix
2025.01.09 / 10:28
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Sülhdən sonra Bakı və İrəvan bu iddialardan geri çəkiləcək

Baş nazir Milli Məclisdə hesabat verir

Milli Məclisin iclası başladı: Baş nazir hesabat verəcək

Bu ölkələr Bakı və İrəvanın addımını alqışladı

Britaniya Azərbaycana ilk dəfə attaşe təyin etdi - Foto

Trampın xüsusi elçisi Moskvadan Bakıya gəldi - KİV

Putinin atəşkəs şərtləri: Ukrayna nələri itirəcək?

BMT İrəvanın Vardanyan iddiasını rədd etdi

Putin-Tramp danışıqlarında “görünməyən” şəxs...

İrəvan tələbləri qəbul etdi: amma hər şey bitmədi…

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla