Yuxarı

Xaçatryan: Paşinyan Əliyevin növbəti tələbini bu gün qəbul etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xaçatryan: Paşinyan Əliyevin növbəti tələbini bu gün qəbul etdi

Nikol Paşinyan bu gün İlham Əliyevin daha bir güzəşt tələbini qəbul etdi.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, bu iddia ilə “Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryan çıxış edib.

Xaçatryan iddia edib ki, Prezident İlham Əliyev Ermənistana növbəti ultimatum təqdim etdi və şərtləri qəbul etməkdən başqa yolun qalmadığını çatdırdı.

“Ermənistanın silahsızlaşdırılması, Qərbi Azərbaycana qayıdış, Zəngəzur dəhlizinin açılması və digər tələbləri var. Əliyev Ermənistan dövlətini faşist adlandırdı, bu o deməkdir ki, faşizmə qarşı hansı məntiqlə hərəkət edirlərsə, Ermənistana qarşı da eyni məntiqlə hərəkət ediləcək.

Paşinyan isə susdu, lakin sonra anladı ki, uzun müddət susa bilməz. Ona görə yox ki, erməni ictimaiyyəti cavab tələb edir, xeyr. Səbəb Əliyevin güzəşt tələbini cavablandırmaqdır. Bəyan etdi ki, biz sona qədər sülh prosesini dəstəkləyəcəyik.

Bu o deməkdir ki, müharibənin olmaması üçün Azərbaycanın bütün tələblərini qəbul etməliyik. Beləliklə, Paşinyan bu gün Əliyevin növbəti güzəşt tələblərini qəbul etdi. Onun səsləndiriyi fikirlər də bu tələblərin qəbul edilməsinə zəmin hazırlamaq məqsədi daşıyır”, - erməni deputat iddia edib.

Tarix
2025.01.09 / 09:39
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla