Yuxarı

Pensiya artımları niyə yanvar deyil, fevral ayında ödəniləcək?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həm minimum pensiya məbləğində, həm də əmək pensiyalarında artımlar nəzərdə tutulur. Azərbaycan Prezidentinin imzaladığı sərəncama əsasən, minimum pensiya məbləği gələn aydan 280 manatdan 320 manata çatdırılacaq. Bu o deməkdir ki, minimum pensiya alanlar artıq gələn aydan artırılmış məbləği alacaqlar. Bu artımlar məhz fevral ayında pensiyaçılara ödəniləcək.

Axar.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib.

O bildirib ki, pensiyaçılar üçün vacib məqamlardan biri də əmək pensiyalarının indeksləşdirilərək artırılmasıdır:

“Belə ki, bu artımlar 1 milyon 100 min vətəndaşımızı əhatə edəcək və indeksləşdirmə üçün əlavə olaraq orta hesabla yarım milyard manat vəsaitin ayrılacağı gözlənilir.

Bununla belə, pensiyaların indeksləşdirilməsi yanvar ayının 1-dən hesablansa da, artımlar fevral ayından ödəniləcək. Bunun səbəbləri nədir?

Mövcud qanunvericiliyə əsasən, pensiyalar hər il yanvar ayında əvvəlki ildəki orta aylıq əmək haqqında artım faizinə uyğun olaraq indeksasiya olunaraq artırılır. Hələlik dəqiq artım faizi bəlli olmasa da, artımlar məhz bu aydan hesablanır. 2024-cü ilin ilk 10 ayının yekunlarına əsasən, ölkə üzrə orta aylıq əmək haqqı təxminən 8 faiz artıb. Dəqiq rəsmi göstərici isə gələn ayın əvvəllərində elan ediləcək.

2024-cü ildə orta aylıq əmək haqqında artımla bağlı rəsmi statistika fevral ayının ilk 10 günündə bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq.

Qeyd edək ki, indeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq, əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq”.

Tarix
2025.01.09 / 10:32
Müəllif
Axar.az
Digər xəbərlər

Antonio Koşta İlham Əliyevə zəng etdi

Bakı və Ankara Suriyanın quruculuğunda birgə fəaliyyət göstərir

Ayxan Hacızadə Paşinyana cavab verdi

MB-dən yeni qərar: Kredit faizlərinə necə təsir edəcək?

Bakı və İrəvan arasında saziş bu tarixdə imzalanacaq

Seçki Məcəlləsindəki bu qaydalar dəyişilməlidir - Deputat

Karasevin Bakıya dil uzatmasına Kremldən cavab

Medvedyev: Əliyevin sonuncu sərt bəyanatlarından sonra...

İlham Əliyev Kobaxidzeyə başsağlığı verdi

Paşinyan Kremli şantaj edir, AB-ni isə aldatmaq istəyir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla