Yuxarı

Pakistandan əks-hücum: Taliban geri çəkildi - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pakistandan əks-hücum: Taliban geri çəkildi - Video

21:02

Əfqanıstan hərbi hakimiyyəti bir neçə gün əvvəl Pakistanın hava hücumlarına cavab olaraq bu ölkəyə zərbələr endirməyə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” məlumat yayıb.

Bildirilib ki, Pakistan qüvvələrinin Nəngərhar və Paktiya əyalətlərində həyata keçirdiyi son hava hücumlarından sonra cümə axşamı ağır toqquşmalar başlayıb.

***

Əfqanıstan qüvvələri Pakistanın səkkiz sərhəd məntəqəsini ələ keçirib.

TASS-ın məlumatına görə, Nənqərhar əyalətinin Qoşt rayonunda, eləcə də Kunar əyalətində müəyyən nöqtələr ələ keçirilib.

***

Pakistan ordusu Talibanın istehkamına tank əleyhinə idarə olunan raketlə zərbə endirib.

Taliban sərhəd boyunca on mövqeni ələ keçirdiyini və beş obyekti məhv etdiyini iddia edib.

Pakistanın İnformasiya Nazirliyi Əfqanıstan tərəfində ağır itkilər olması barədə məlumat yayıb.

***

Pakistan silahlı qüvvələri əks-hücumla Əfqanıstan qoşunlarını geri çəkilməyə məcbur edərək üç sərhəd postunu məhv edib.

Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, Pakistanın Xayber Paxtunxva əyalətinin Çitral və Bajaur rayonları ilə həmsərhəd ərazilərdə Əfqanıstan mövqeləri məhv edilib.

Tarix
2026.02.26 / 22:39
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla