Yuxarı

İqtisadi Şuranın iclası keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İqtisadi Şuranın iclası keçirildi

Bu gün Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində “Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi Qrup”u tərəfindən hazırlanan “Məhkəmə və hüquq” sahəsinə və “Dövlət satınalma prosedurları” sahəsinə dair sahibkarların qaldırdığı aktual məsələlər ətraflı müzakirə olunub.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Axar.az-a verilən xəbərə görə, gündəlikdə olan məsələlər üzrə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, İşçi Qrupun rəhbəri Natiq Əmirovun və Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədovun məruzələri dinlənilib.

İclasda təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və dəvət olunanlar Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri İnam Kərimov, ədliyyə naziri Fərid Əhmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov çıxış ediblər.

Yekunda iclas iştirakçılarının rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlərin həlli istiqamətində müvafiq normativ-hüquqi aktların layihələrinə dəyişiklikləri hazırlayaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara tapşırıqlar verilib.

Tarix
2026.02.26 / 18:46
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla