Yuxarı

Təyyarəmizlə bağlı Zaxarovadan məntiqsiz açıqlama

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təyyarəmizlə bağlı Zaxarovadan məntiqsiz açıqlama

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanın mülki təyyarəsinin raketlə vurulmasıyla bağlı məntiqsiz açıqlama verib. Birincisi, Zaxarova açıqlamasında təyyarənin raketlə vurulması ifadəsi əvəzinə Kremlin təlimatıyla “sərnişin təyyarəsinin qəzaya uğraması” cümləsinə üstünlük verib. İkincisi, Zaxarova deyib ki, guya Rusiya təyyarəylə bağlı əldə olunmuş bütün razılaşmaların icrası üzərində ardıcıl şəkildə işləyir. “Tərəflər aviaqəza kontekstində qalan bütün məsələlərin tənzimlənməsinə hədəflənib”, - deyə Zaxarova vurğulayıb.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Yalandır. Rusiya razılaşmaların “icrası” üzərində necə işləyir ki, nə həlak olanların ailələrinə və yaralılara kompensasiya ödənilib, nə də təyyarəmizi raketlə vurmağı əmr edənlər cəzalandırılıb. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun isə bugünkü açıqlamasında “Rusiya tərəfindən mütəmadi addımların atılmasını gözləyirik. Bizim mövqeyimiz dəfələrlə ən ali səviyyədə qarşı tərəfə çatdırılıb” cümləsi Rusiyanın məsələnin həllini uzatmasına işarədir. Rusiya məsuliyyətdən yaxa qurtarmaq üçün vaxtı uzatmağa çalışır. Mariya Zaxarovanın açıqlaması bu qəbildəndir”, - o vurğulayıb.

Tarix
2026.02.26 / 21:20
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın Azərbaycana sevgisi ürəkdən gəlir, bu da... - AKP

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla