Yuxarı

Məni ən çox ailəm sıxışdırdı - Ağadadaş Ağayev

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Ağadadaş Ağayev "Medera Hospital"ın mühafizəçisi Nurəddin Cəlilovla barışmasından danışıb.

Axar.az Teleqraf.com-a istinadla xəbər verir ki, o, barışıq addımı atmasının səbəbini açıqlayıb.

“Hər kəsin başına gələn hadisələrdən biridir. Mən tanınmış bir insan olduğum üçün bu hadisə şişirdildi. Bu haqda mediada məlumat yayımlanmasaydı, vəziyyət bu səviyyəyə gəlməzdi. Məni ən çox ailə üzvlərim sıxışdırdı ki, gərək bu hadisəni törətməzdin. Mən ailəmin sözünə dəyər verən insanam. Ona görə də məsələnin başqa həll yolunu tapa bilməzdim. Bu isə ancaq barışmaqla öz həllini tapa bilərdi.

Nurəddin Cəlilov da ailə başçısıdır, nəyə görəsə uzun müddət burada olmayıb. Qoy bundan sonra ailəsinin yanında olsun. Artıq bildiyiniz kimi, barışıq elan edildi və bu məsələ öz həllini tapdı. Əslində, mən barışığı gözləmirdim. Allah bağışalayandır, eləcə də ailəmin sözünü yerə salmadım. Məndə mərhəmət hissi də çox böyükdür. İstəmədim ki, bioqrafiyamda belə bir mənfi hadisə qalsın", - o bildirib.

Xatırladaq ki, tərəflər arasında hadisə ötən ilin iyul ayında baş verib.

Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva xalq artistinin cinayət işində zərərçəkən qismində tanınıblar.

Onun mübahisə etdiyi Nurəddin Cəlilov barəsində də cinayət işi açılıb.

Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq,silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.

Bu gün hadisə ilə bağlı növbəti məhkəmə prosesi baş tutub.

Tarix
2025.01.08 / 17:52
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkələr Bakı və İrəvanın addımını alqışladı

Qırğızıstanla Tacikistan saziş imzaladı - Bakıdan reaksiya

Sülh mətni razılaşdırılıb, bəs İrəvan niyə savaş hazırlığı görür?

Quterreş Bakı-İrəvan müzakirələrini alqışladı

Sülh sazişi nə vaxt imzalana bilər?

Nikol niyə bu barədə Makrona yox, Putinə məlumat verdi

ABŞ narahatdır: Üç ölkə ona qarşı birləşib

Rusiya həmişə Bakı və İrəvanla bağlı bunun tərəfdarı olub

Bayramov Şarl Mişellə görüşdü

Rubiodan bəyanat: Bakı və İrəvana çağırış edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla