Yuxarı

Qanuni oğrunun qardaşı güllələndi – Anbaan video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qanuni oğrunun qardaşı güllələndi – Anbaan video

09:34

Tiflisin mərkəzində nüfuzlu qanuni oğrulardan biri olan Merab Suxumskinin qardaşı və Taqanskaya mütəşəkkil cinayətkar qrupunun lideri olan Levan Canqveladze güllələnib.

Axar.az xəbər verir ki, hadisə ilə bağlı “Shot” Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, 60 yaşlı Canqveladze ötən axşam Çavçavadze küçəsində səkidə gedərkən qətlə yetirilib. Qatil onu restoranın yaxınlığında bir müddət gözləyib, sonra isə atəş açaraq hadisə yerindən qaçıb. Suxumskinin qardaşına ümumilikdə 9 güllə sıxılıb. Şahidlərin sözlərinə görə, güllələrdən bəziləri yaxınlıqdakı kafenin şüşələrini qırıb.

Gürcüstan DİN-i hadisə ilə bağlı istintaq aparır, şübhəli şəxs hələ saxlanılmayıb.

Məlumata görə, Canqveladze tanışının dəfnində iştirak etmək üçün xaricdən gəlmişdi və şəhərdə mühafizəçilərin müşayiəti ilə hərəkət edirdi. Versiyalardan birinə əsasən, qətl Canqveladze ilə Şakro Molodoy arasındakı münaqişə ilə bağlıdır.

Kanal qeyd edir ki, Levan Canqveladze qardaşı Merab Suxumskinin bütün kriminal müharibələrində iştirak edib, həmçinin onun işlərini, o cümlədən qanuni biznesini idarə edib. Onun adı Yaponçik və Ded Xasan qətlləri ilə əlaqələndirilirdi.

Tarix
2025.03.15 / 15:48
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Zimbabve parlamentinin spikeri Azərbaycana gəldi

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla