Yuxarı

Vəkilə böhtan atan hüquqşünas cəzalandırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vəkilə böhtan atmaqda şübhəli bilinən hüquqşünas cəzalandırılıb.

Axar.az xəbər verir ki, Vəkillər Kollegiyasının üzvü, Vəkillərin İntizam Komissiyasının sədri Cavid Alıyevlə hüquqşünas Abdulla Hikmət oğlu Əfəndizadə arasında məhkəmə çəkişməsi başa çatıb.

Belə ki, iki il bundan əvvəl Feysbuk sosial şəbəkəsində paylaşdığı statusda Cavid Alıyevə böhtan ataraq barəsində həqiqətə uyğun olmayan məlumatları yaydığına görə, vəkil hüquqşünasa qarşı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edib.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Abdulla Əfəndizadə Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilib, üzərinə yalan olduğunu bilə-bilə paylaşdığı məlumatların həqiqətə uyğun olmaması ilə bağlı kütləvi informasiya vasitəsində rəsmi qaydada təkzib vermək və məlumatları yaymasına görə üzr istəmək, vurduğu mənəvi zərərə görə təzminat ödəmək öhdəliyi qoyulub.

Hökmdən Abdulla Əfəndizadənin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin ş qərarı ilə təmin edilməyib.

Bu qərardan Abdulla Əfəndizadə kassasiya şikayəti verib.

Ötən gün Ali Məhkəmədə baxılan şikayət təmin olunmayıb və qərar qüvvədə saxlanılıb.

Tarix
2025.03.15 / 12:40
Müəllif
Axar.az
Digər xəbərlər

Makron iki türk ölkəsi ilə sövdələşdi – Nə baş verir?

Avropa qorxuda: “Trampizm” sürətlə yayılır

Hikmət Hacıyevlə danışdım, ona dedim ki… – Trampın müşaviri

Paşinyan Makrona da zəng etdi: Bakı ilə razılığı xəbər verdi

Paşinyan Bakını “fakt qarşısında” qoymağa çalışır

Matviyenko Bakıya gəldi

Bu ölkədə yanğın: Azərbaycan başsağılığı verdi

Bakı ilə saziş: Paşinyan Pezeşkiana da məlumat verdi

Putinin iki liderlə birgə Əliyevə zənginin iki səbəbi...

Bu gecə AB kontingenti Dodiki ələ keçirə bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla