Yuxarı

Paşinyan Bakını “fakt qarşısında” qoymağa çalışır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan Bakını “fakt qarşısında” qoymağa çalışır

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidentindən sonra İran Prezidenti Məsud Pezeşkiana da zəng edərək, İrəvan və Bakı arasında sülh sazişi mətninin razılaşdırıldığını bildirib. Yəqin növbədə Fransa Prezidenti Emmanuel Makrona zəng olacaq.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Paşinyanın İran Prezidenti Məsud Pezeşekianla telefon danışığı barədə qeyd edib.

O bildirib ki, Paşinyan sülh sazişini qısa müddətdə imzalamaq istəyir:

“Azərbaycan rəsmiləri sülh sazişinin mətninin razılaşdırıldığını bildirsələr də, Ermənistan Konstitusiyasında dəyişiklik tələbini də səsləndirirlər. Paşinyan Konstitusiya dəyişikliyini sülh sazişinin imzalanmasından sonraya saxlamağa çalışır. Rəsmi Bakı bununla razı deyil. Bu səbəbdən Paşinyan müxtəlif dövlət başçılarına zəng edib “sülh sazişinin imzalanması üçün heç bir maneə qalmayıb” deməklə rəsmi Bakının sülh sazişini imzalamaqdan başqa alternativinin qalmayacağınıı düşünür. Çünki əgər hər iki tərəf mətnin razılaşdırıldığını vurğulayırsa və müxtəlif ölkə liderləri əldə olunan razılaşmanı alqışlayırlarsa, sazişin imzalanması üçün heç bir əngəl qalmamalıdır. Sülh sazişini imzalayıb Paşinyanın “Konstitusiya dəyişikliyini də həyata keçirəcəyik” vədinə inanmaq olarmı? Ermənistanda keçirilən son sorğular göstərir ki, ermənilərin əksəriyyəti Konstitusiya dəyişikliyinin əleyhinədir. Digər tərəfdən, Paşinyanın reytinqinin aşağı düşdüyünü göstərən sorğular da var. Bu baxımdan Konstitusiya dəyişikliyinin sonraya saxlanılmasının riskləri mövcuddur”.

Tarix
2025.03.16 / 20:38
Müəllif
Axar.az
Digər xəbərlər

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla