Yuxarı

Matviyenko Bakıya gəldi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Matviyenko Bakıya gəldi

14:30

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Azərbaycana rəsmi səfərə yola düşüb.

Axar.az xəbər verir ki, bu barədə Federasiya Şurasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Rusiya Federal Məclisi və Azərbaycan Milli Məclisi arasında əməkdaşlıq üzrə birgə parlament komissiyasının iclası keçiriləcək.

Komissiyanın iclasına Rusiya tərəfindən Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin, Azərbaycan tərəfindən isə Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov rəhbərlik edəcək.

Rusiya nümayəndə heyətinin tərkibində Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin, müdafiə və təhlükəsizlik komitəsinin sədri Vladimir Bulavin, Elm, təhsil və mədəniyyət komitəsinin birinci müavini İlyas Umaxanov, sosial siyasət komitəsinin birinci müavini Janna Çefranova, iqtisadi siyasət komitəsinin birinci müavini İvan Abramov, həmçinin Dövlət Dumasının deputatları və Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin yer alıb.

***

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko martın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Əli Əhmədov, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Polad Bülbüloğlu və digər rəsmi şəxslər qarşılayıblar.

Tarix
2025.03.16 / 16:40
Müəllif
Axar.az
Digər xəbərlər

Baş nazirdən yeni qərar

Turizm mərkəzləri ilə bağlı yeni qərar təsdiqləndi

Anaklaudia Rossbax Əliyevə təşəkkür məktubu göndərdi

DGK sədrinin işdən çıxartdığı Yusifovu kim əvəzləyəcək?

Ceyhun Bayramov Rəşid Meredovla görüşdü

Ermənistana Azərbaycan vasitəsilə gübrə yola salınacaq

İlham Əliyev Berdiməhəmmədovun şərəfinə ziyafət verdi

Paşinyan Azərbaycanla sərhəddə qışqırıb bu sözləri dedi

AŞ-nin Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı

Azərbaycanda QHT layihələri belə maliyyələşdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla