Yuxarı

Makron 4 elementi sadaladı: Ukrayna belə qorunacaq!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Makron 4 elementi sadaladı: Ukrayna belə qorunacaq!

Kreml Ukraynaya qarşı aqressiv niyyətini dəyişməyib, ona görə də sülh bağlanandan sonra Avropa Kiyevə öz zəmanətlərini verməlidir.

Axar.az "La Depeche"yə istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

Makron bu zəmanətlərin dörd əsas məqamını da qeyd edib:

"Aydındır ki, ukraynalılar təhlükəsizlik zəmanəti olmadan heç bir halda ərazi güzəştlərinə gedə bilməzlər. Təhlükəsizlik təminatına etimad göstərmək üçün Parisdə Avropa və müttəfiq orduların bütün Baş Qərargah rəislərinin iştirakı ilə mühüm görüş keçirdik.

Avropanın Ukrayna üçün təhlükəsizlik təminatı:

1. Silahların tədarükü və onların cari ehtiyaclara uyğunlaşdırılması;

2. Yeni mümkün Rusiya işğalına müqavimət göstərmək qabiliyyətinə malik olması üçün Ukrayna ordusunun ümumi modernləşdirilməsinə köməklik;

3. "Ertəsi gün" Ukraynada Avropa koalisiyasının yerləşdirilməsi (Makron üçüncü bənddə bir qədər qeyri-müəyyən şəkildə danışıb, yəqin ki, "sülh sazişinin ertəsi gününü" nəzərdə tutub);

4. Avropa müdafiəsinin gücləndirilməsi. Bu digər Avropa ölkələrinin təhlükəsizliyinə də zəmanət verəcək”.

Tarix
2025.03.17 / 09:08
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla