Yuxarı

Avropa qorxuda: “Trampizm” sürətlə yayılır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa qorxuda: “Trampizm” sürətlə yayılır

Avropanın psevdo-liberal, qlobolist, dəyərlərsiz və onurğasız elitası ABŞ-ın Demokratlar Partiyasının hələ də işlək olan resurları ilə birlikdə Avropada “sağlam düşüncə, sağlam məntiq” siyasətinə qarşı “səlib yürüşü” elan edib.

Axar.az xəbər verir ki, bu barədə siyasətçi Natiq Cəfərli qeyd edib.

O bildirib ki, Avropanın indiki siyasi elitası Rusiyadan çəkinib eləmir, Kreml bəhanədir, əslində Putin də o dəstədəndir, dəyərləri olmayan, maraqları öndə gedən Avropa ilə ən çox elə o anlaşırdı:

“İndi onların ən çox qorxduğu məsələ ideoloji olaraq uduzmaqları, cərəyan olaraq “trampizm”in Avropaya yayılmasıdır. Avropada özlərinə təhlükə gördükləri hər bir lideri, onların “xoruna” qoşulmayan siyasi partiya və siyasətçiləri “düşmən” elan edib, “trampizm”in qarşısını kəsməyə çalışırlar. Tramp - şəxs deyil, funksiyadır, dünyada yeni (əslində ənənəvi) ideoloji cərəyanın təmsilçisidir, arxasında ciddi bir güc var.

Avropa bundan qorxur, düşünür ki, birtəhər 4 ili yola verib, dirənib, əsl SSRİ kimi davranaraq, ideoloji rəqiblərini siyasi olaraq məhv etməklə ayaqda qalmaq lazımdır.

Amma yanılırlar, psevdo-sol, psevdo-liberalizm insanlıq əleyhinədir, bunu anlayıb əsl diskurs açıb, yeni tezislər yarada bilməsələr, əsl kommunist kimi davranıb bəyənmədiklərini qaralamaqdan vaz keçməsələr, uduzacaqlar.

Dəyişsələr, məntiqə, əsl söz və ifadə azadlığına geri dönsələr, yaxşı olar - o zaman “trampizm” də cızığından çıxmaz, təhlükəli hal almaz”.

Ekspert bir daha xatırladıb ki, 1990-cı ildən bəri dünyada ilk dəfədir ki, siyasi cəbhələşmə ideoloji müstəviyə keçir:

“Bu, çox yaxşıdır, amma təhlükələri də var. Avropa özünə geri dönməsə, əsl liberalizmə doğru hərəkət etməsə, “trampizm” təhlükəli hala qədər böyüyə bilər. Hələ ki, qoca qitə SSRİ kimi davranır, ümid edirəm ki, aqibəti SSRİ kimi olmaz...”

Tarix
2025.03.17 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla