Ana səhifə Planet |
Hakimiyyətdən yapışıb qalmıram, hər şeyi edəcəm ki, onu yeni nəsilə dinc ötürüm.
Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Hər şeyi edəcəm ki, hakimiyyəti yeni nəsilə dinc və səssiz verim. Ümid edirəm, yeni hökumətdə siz də, mənim övladlarım da yaşayacaq”, - o bildirib.
Lukaşenko ən böyük üstünlüyünün hakimiyyəti güc yolu ilə tutmağa cəhd etməməsi olduğunu vurğulayıb.
Belarus lideri qeyd edib ki, nəsil dəyişkənliyinin ağrısız olması üçün hər şeyi edəcək:
“Gənc nəsilləri hazırlamaq lazımdır. Belarusu bizim uşaqlarımız əlinə alacaq, qoruyacaqlar. Biz sizinlə bu ölkənin suverenliyi və müstəqilliyini qorumuşuq. Nəsil dəyişkənliyi həmişə ağrılı proses olub. Söz verirəm ki, bunun ağrısını hiss etməyəcəksiniz”.
Tarix
2025.01.07 / 15:12
|
Müəllif
Axar.az
|