Yuxarı

2025-ci ilin ən yaxşı 10 şəhəri - Siyahı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nüfuzlu səyahət və əyləncə jurnalı "Taym Out" Cənubi Afrikanın üç paytaxtından biri hesab edilən Keyptaunu 2025-ci ildə dünyanın ən yaxşı şəhəri adlandırıb.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 2025-ci il üçün dünyanın 50 ən yaxşı şəhərinin yeni reytinqini tərtib etmək üçün nəşrin ekspertləri dünyanın müxtəlif şəhərlərinin 18500-dən çox sakini arasında sorğu keçirib və onlar yemək, gecə həyatı və mədəniyyətdən tutmuş əlçatanlıq, xoşbəxtlik, şəhər atmosferi və ümumiliyə qədər hər şey haqqında fikirlərini bölüşüblər.

Reytinqdə ikinci yeri Tailandın paytaxtı Banqkok tutub - dünyanın ən mehriban şəhərlərindən biri həm də canlı gecə həyatı və dadlı küçə yeməkləri ilə məşhurdur.

İlk üçlüyü daim inkişaf edən, qonaqlara və şəhər sakinlərinə həyat və istirahət üçün getdikcə daha çox yeni imkanlar təklif edən ABŞ-ın ən böyük şəhəri Nyu York tamamlayır.

"Taym Out"a görə 2025-ci ildə dünyanın ən yaxşı 10 şəhəri:

1. Keyptaun, Cənubi Afrika

2. Banqkok, Tailand

3. Nyu York, ABŞ

4. Melburn, Avstraliya

5. London, Böyük Britaniya

6. Yeni Orlean, ABŞ

7. Mexiko Siri, Meksika

8. Porto, Portuqaliya

9. Şanxay, Çin

10. Kopenhagen, Danimarka.

Tarix
2025.01.16 / 00:48
Müəllif
Axar.az
Digər xəbərlər

Baş nazir Milli Məclisdə hesabat verir

Milli Məclisin iclası başladı: Baş nazir hesabat verəcək

Bu ölkələr Bakı və İrəvanın addımını alqışladı

Britaniya Azərbaycana ilk dəfə attaşe təyin etdi - Foto

Trampın xüsusi elçisi Moskvadan Bakıya gəldi - KİV

Putinin atəşkəs şərtləri: Ukrayna nələri itirəcək?

BMT İrəvanın Vardanyan iddiasını rədd etdi

Putin-Tramp danışıqlarında “görünməyən” şəxs...

İrəvan tələbləri qəbul etdi: amma hər şey bitmədi…

Bakı və İrəvanın razılaşması Trampın şüarı ilə şərh edildi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla