Yuxarı

Almaniyada türk məscidində bomba həyəcanı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniyada türk məscidində bomba həyəcanı

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Duysburq şəhərində naməlum şəxs Dəyanət İşləri Türk İslam Birliyinin (DİTİB) Mərkəzi məscidinin elektron ünvanına məktub göndərərək oraya bomba yerləşdirdiyini və günorta saatlarında partladacağını iddia edib.

Axar.az “Bild” qəzetinə istinadən xəbər verir ki, iddia ilə əlaqədar əraziyə xeyli sayda polis əməkdaşları cəlb olunub, məscid boşaldılıb və axtarış aparılıb. Əməliyyat nəticəsində məsciddə hər hansı partlayıcı maddə aşkarlanmayıb və məscid yenə ibadət üçün açılıb.

Eyni məzmunlu xəbərdarlıqlar Essen və Köln şəhərlərindəki DİTİB Mərkəzi məscidlərinə də göndərilib. Həmin məscidlərdə də polis tərəfindən axtarışlar aparılıb və bomba aşkar edilməyib.

Polis xəbərdarlıqlarla əlaqədar məscidlərdə mühafizə tədbirlərini davam etdirir.

Məscidlərdə cümə namazı zamanı hər hansı hadisə baş verməyib.

Tarix
2025.01.24 / 21:14
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla