Yuxarı

Trampdan əli üzüldü: Nikol indi də Rubio ilə görüş arzulayır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampdan əli üzüldü: Nikol indi də Rubio ilə görüş arzulayır

Dünən Nikol Paşinyan mətbuat konfransında ABŞ-a səfəri zamanı Prezident Trampla görüşün planlaşdırılmadığını bildirsə də, Ermənistan hakimiyyəti Paşinyan və Tramp arasında görüş təşkil etmək üçün bütün mümkün vasitələrdən istifadə etməyə çalışıb. Bu məqsədlə Ermənistanın Xarici İşlər Nazirliyi, ABŞ-dakı səfirlik, eləcə də nüfuzlu erməni əsilli respublikaçılar bu işə cəlb olunub. Ancaq bu cəhdlər uğursuz olub. İndi isə heç olmasa, Dövlət katibi Marko Rubio ilə görüş təşkil etməyə çalışırlar.

Axar.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Bildirilib ki, Paşinyan amerikalıları fakt qarşısında qoymaq üçün Vaşinqtona yollanaraq “artıq gəlmişəm, məni qəbul edin” prinsipi ilə hərəkət edir:

“Buna bəhanə kimi isə dini konfrans və “Milli Dua Səhəri” adlı tədbirlərdən istifadə olunub. Lakin bu ssenari də işləməyib. Erməni icması onun "dua etməyə" olan həvəsinə təəccüblənib, çünki onun dinə və kilsəyə münasibəti hər kəsə məlumdur.

Qeyd edək ki, fevralın 3-də ABŞ-dakı erməni icması ilə səfirlikdə görüş planlaşdırılır. Bu tədbirə Vaşinqton və ətraf ərazilərdə yaşayan ermənilər dəvət edilib. Lakin bir çoxları bu görüşü boykot edərək iştirakdan imtina edib”.

Tarix
2025.02.01 / 15:25
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Prezidentlər hərbçilərin birgə təlimini izlədilər - Foto/Video

Hindistanın yeni səfiri Azərbaycana gəldi - Foto

Hindistan şirkəti Bakıya uçuşları ləğv etdi

Epşteyn kimdir ki, onunla görüşüm? - Məmmədyarov

Ukraynaya növbəti humanitar yardım göndərildi - Foto

Bakı, Ankara və İrəvanın enerji sistemləri... - Xudatyan

Onlara bu tarixdə hökm oxunacaq

Azərbaycanla müharibə səhifəsini bağlamışıq - Simonyan

Xameneinin müşaviri Azərbaycanı hədələdi

Dehli və Vaşinqton razılığa gəldi: Rusiya üçün problem...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla