Yuxarı

Dəniz 150 metr çəkildi: İstanbulda şiddətli zəlzələ olacaq?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dəniz 150 metr çəkildi: İstanbulda şiddətli zəlzələ olacaq?

İstanbulun Silivri bölgəsində Mərmərə dənizi təxminən 150 metr geri çəkilib. Dəniz çəkildikcə kiçik adalar ortaya çıxıb. Bölgədə bir müddətdir davam edən yağışlara baxmayaraq, dənizin bu qədər çəkilməsi yerli sakinləri narahat edib. Eyni vəziyyət İzmirin Səfərhisar rayonunda da baş verib. Burada dəniz sahildən 200 metrədək çəkilib.

Bəs bu prosesin Egey dənizində bir neçə gündür ardıcıl davam edən zəlzələlərlə əlaqəsi varmı? İstanbul və İzmirdə şiddətli zəlzələlər gözlənilirmi?

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Türkiyə Elmlər Akademiyasının (TÜBA) Ətraf Mühit, Biomüxtəliflik və İqlim Dəyişikliyi üzrə işçi qrupunun üzvü, professor Doğan Yaşar dəniz suyunun çəkilməsinə səbəbin şimal küləyi olduğunu deyib.

“Suyun çəkilməsinə səbəb bölgədə əsən şimal küləyidir. Sürəti saatda 60-70 kilometrə çatan güclü külək əsir. Bu külək suyu cənuba, Kritə doğru itələyir. Bu səbəbdən Mərmərə dənizində suyun səviyyəsi azalmağa başlayıb. Bunun Egey dənizində baş verən zəlzələlərlə heç bir əlaqəsi yoxdur. Bu, tamamilə küləklə bağlıdır. Bu, təbii bir hadisədir. Qorxacaq bir şey yoxdur”.

Qeyd edək ki, bu gün səhər saatlarında Egey dənizində ard-arda zəlzələ baş verib.

Tarix
2025.02.08 / 16:54
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla