Amerikalı milyarder İlon Mask dövlət tərəfindən maliyyələşdirilən “Amerikanın səsi” (Voice of America) və “Azadlıq” radiosu (Radio Free Europe/Radio Liberty) media layihələrinin bağlanmasını dəstəkləyib.
Axar.az Report-a istinadən xəbər verir ki, o, ABŞ Milli Kəşfiyyatının sabiq direktoru Rik Qrenellin bu mətbu orqanları “keçmişin qalığı” və “ultrasol aktivistlərlə dolu” adlandırdığı paylaşımı repost edərək fikrini bildirib.
“Bəli, onları bağlayın”, – Mask yazıb və əlavə edib ki, Avropa artıq azaddır, bu KİV-i heç kim dinləmir və onlar “amerikalı vergi ödəyicilərinin cibindən ildə 1 milyard dollar yeyirlər”.
Qrenell “Amerika səsi” və “Azadlıq” radiosunu qərəzlilikdə ittiham edərək, bu media platformaların radikal solçuların meydanına çevrildiyini iddia edib.