Yuxarı

Paşinyan Makrona Bakı ilə danışıqlar haqda məlumat verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan Makrona Bakı ilə danışıqlar haqda məlumat verdi

Xəbər verdiyimiz kimi, Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında Ermənistan Baş naziri Nikol Paşinyanı qəbul edib.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, görüş zamanı Ermənistan və Fransa liderləri ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı bir sıra məsələləri, o cümlədən iqtisadiyyat, infrastruktur, yol tikintisi, enerji, təhsil, turizm və digər sahələrdə birgə proqramların həyata keçirilməsi perspektivlərini müzakirə ediblər.

Ermənistan və Azərbaycan arasında sülh danışıqları, sərhədlərin demarkasiyası prosesində baş verənlər, həmçinin “Sülh kəsişməsi” layihəsi çərçivəsində regional kommunikasiya marşrutlarının blokdan çıxarılması ətrafında fikir mübadiləsi aparılıb. Nikol Paşinyan Ermənistan hökumətinin sülh gündəliyinə sadiqliyini vurğulayıb.

Tərəflər Ermənistan-AB əməkdaşlığının daha da inkişaf etdirilməsi perspektivləri haqda da danışıblar.

Tarix
2025.02.10 / 23:12
Müəllif
Axar.az
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla