Yuxarı

Cərrahın lisenziyası ləğv edildi - Xalq artisti alqışladı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cərrahın lisenziyası ləğv edildi - Xalq artisti alqışladı

Xalq artisti Flora Kərimova Səhiyyə Nazirliyinin plastik cərrah Sevinc Heydərovanın lisenziyasının ləğv edilməsi ilə bağlı qərarını alqışlayır.

Kult.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında xalq artistinin vəkili Elcan Həsənli deyib.

Vəkil bildirib ki, Sevinc Heydərova müğənniyə dəyən maddi ziyan ödəməlidir:

"Bizim hələ Sevinc Heydərova ilə bağlı bir məhkəmə prosesimiz davam edir. Hazırda iş Ali Məhkəmədədir. Doğrudur, indi biz Səhiyyə Nazirliyinin də qərarını məhkəməyə təqdim edəcəyik. Orada da Flora xanıma vurulmuş maddi ziyanın təzminatını tələb edəcəyik. Bu 30 min manatdır. Biz bu prosesdə sona qədər gedəcəyik".

"Sevinc Heydərovanın plastik cərrah kimi lisenziyasının ləğv olunmasında Flora Kərimova ilə bağlı aparılan məhkəmə işlərinin rolu olar bilərmi" sualına vəkil belə cavab verib:

"Sevinc Heydərovanın lisenziyasının ləğvi ilə bağlı tərəfimizdən də məhkəməyə müraciət edilib. Səhiyyə Nazirliyi məhkəmə yekunlaşmadan məsələni həll etdi. Biz rəsmi olaraq bütün dövlət orqanlarına müraciət etmişdik. Dövlətimizə inanırdıq".

Qeyd edək ki, Səhiyyə Nazirliyinin qərarı ilə Azərbaycanda 10-a yaxın plastik cərrahın lisenziyası ləğv edilib. Onların arasında tanınmış plastik cərrah Sevinc Heydərova da var.

Xalq artisti Flora Kərimova Sevinc Heydərovanın əməliyyat etdiyi sənət adamlarından idi. Flora Kərimova Sevinc Heydərovanı uğursuz plastik əməliyyata görə məhkəməyə verib.

Tarix
2025.02.05 / 22:09
Müəllif
Kult.az
Digər xəbərlər

Qarabağı Azərbaycan adlandıran nazirə hücum

Bu iclasda iştirak etmək böyük şərəfdir - Səfir

Bakının təhvil verdiyi 10 erməni və 1 rusla bağlı son xəbər

Tramp bunu iki lider üçün etdi: İlham Əliyev və Zelenski...

REZA-nın fotosərgisi: Aeroportda təqdim olunur - Foto

Pezeşkian Azərbaycanla bu əlaqələri dəstəkləyib

Bayramov kollegiya iclası keçirdi, tapşırıqlar verildi

Əli Əsədov Armenqolla görüşdü, başsağlığı verdi

Leyla Əliyevadan bacısı ilə bağlı maraqlı paylaşım - Foto

Şeyx Zayed Fondundan Əliyevlə bağlı paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla