Yuxarı

Pineviç etimadnaməsinin surətini Bayramova təqdim etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pineviç etimadnaməsinin surətini Bayramova təqdim etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarusun ölkəyə yeni təyin olunmuş səfiri Dmitri Pineviçi qəbul edib.

Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Dmitri Pineviç etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir yeni təyin olunmuş səfiri təbrik edib, ona diplomatik missiyasında uğurlar arzulayıb.

Görüş zamanı Azərbaycan və Belarus arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə olunub.

Tərəflər Azərbaycan və Belarus arasında strateji tərəfdaşlığın inkişaf perspektivlərini, həmçinin ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif aspektlərini müzakirə ediblər.

Görüş çərçivəsində həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Tarix
2025.02.10 / 19:42
Müəllif
Axar.az
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla