Yuxarı

Ankara vaxtilə Osmanlıya daxil olan bölgəni istəyir… - Badalyan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ankara vaxtilə Osmanlıya daxil olan bölgəni istəyir… - Badalyan

Türkiyə ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin arasında baş tutan telefon danışığı fonunda Qəzza zolağı ilə bağlı öz iddiasını ortaya qoydu. Ankara vaxtilə Osmanlı İmperiyasına daxil olan bölgəni istəyir.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu erməni politoloq Akop Badalyan deyib.

Ekspert Putin və Trampın Qəzzaya baxışlarının maraqlı olduğunu bildirib:

“Rusiyanın HƏMAS-la müəyyən əlaqələrinin və Yaxın Şərqdə təsir imkanlarının olduğunu nəzərə alan Tramp bu məsələdə Putindən dəstək gözləyəcəkmi?

Məlum olduğu kimi, Rusiya Fələstin-İsrail münaqişəsinin iki dövlətli həll yolu əsasında həll edilməli olduğunu bildirir. İndi bunun əvəzi Qəzza ola bilərmi, yəni ABŞ Fələstin dövlətinin yaradılmasına razı olacaqmı?

Tramp-Putin söhbəti fonunda Türkiyənin bəyanatı da çox önəmlidir. Bu, rəsmi deyil, amma hesab edirəm ki, sabiq baş nazir Əhməd Davudoğlunun açıqlaması rəsmi Ankara ilə razılaşdırılıb.

Bəyanat Qəzzanın Türkiyəyə verilməsi ilə bağlıdır. Buna görə, Qəzza məsələsində son həll əldə olunana qədər bölgə ən yaxşı variant kimi Türkiyənin nəzarətində ola bilər.

Üstəlik, Davudoğlunun Qəzzanın son beynəlxalq hüquqi mənsubiyyətinin Osmanlı İmperiyası ilə bağlı olduğunu, budan sonra bölgədə Britaniya mandatının olduğunu vurğulaması da maraqlıdır. Görünür, Ankara Davudoğlu vasitəsilə bir yandan hissləri hərəkətə keçirməyə çalışır, digər yandan da, ABŞ-Rusiya prosesi ilə Britaniyanın buna qarşı duyduğu ciddi qısqanclıq arasında sövdələşmə təklifi verir”.

Tarix
2025.02.14 / 14:54
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla