Yuxarı

“Oda” teatrına qarşı kampaniyanı kim aparır?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Oda” teatrına qarşı kampaniyanı kim aparır?

Bilet bahadır deyənlər teatrın gücünə inanmır

Bir neçə gündür ki, Feysbuk sosial şəbəkəsində Nida Vətəndaş Hərəkatının üzvləri "Oda" teatrı haqqında tənqidi fikir səsləndirir və teatrda biletlərin baha olmasından gileylənirlər.

Məsələni aydınlaşdırmaq üçün "Oda" teatrının rəhbəri Elmin Bədəlov və tamaşanın müəllifi Elvin Adıgözəllə əlaqə saxladıq. E. Bədəlov "Axar.az"a açıqlamasında bildirdi ki, narazılığa səbəb olan tamaşa teatrın repertuarına aid deyil:

"Bu tamaşa bizim teatrın repertuarına aid deyil. Sadəcə olaraq, biz teatrıiki günlük icarəyə vermişik. Həmin iki gün ərzində Elvin Adıgözəl öz tamaşasını nümayiş etdirəcək. Mən Elvin Adıgözəlin istedadına inandığım və tamaşanın effektli olacağını bildiyim üçün teatrda bu tamaşanın göstərilməyinə razı oldum. Həmçinin bu tamaşaya 10 manat verməyə dəyər. Amma buna baxmayaraq "Oda" teatrının repertuarındakı tamaşalar hər zaman göstərilir. Repertuarımızdakı tamaşaların qiyməti 3, 4 və 5 manatdır. Bütün bu qiymətlər də dövlət teatrlarındakı qiymətlərdən çox ucuzdur. Sadəcə olaraq, bu məsələni mübahisəyə çevirənlər teatrın gücünə inanmır. Bu barədə sosial şəbəkədə Nida Vətəndaş Hərəkatının üzvləri yazır. Mən bütövlükdə hərəkatı günahlandırmıram. Mənim bu hərəkatda dostlarım çoxdur. Sadəcə, orada olan bəzi üzvlər mübarizə istiqamətlərini bizə yönəldiblər. Mən isə bundan narahatam və təəssüflənirəm. Axı bizim teatrın heç kimə pisliyi dəyməyib".

Tamaşanın müəllifi Elvin Adıgözəl də məsələyə belə münasibət bildirdi:

"Hər tamaşanın öz qiyməti var. Tamaşada dekor var, rekvizit var, bu tamaşada əziyyət var. Ölkəmizdə hər gün sənət eşqi yanıb tutuşan, amma ətrafda ancaq yemək-içməkdən başqa heç nə görməyən adamların sənətin gücünə inanmasını istəyirəm. "Oda" teatrı Elmin Bədəlov rəhbərliyində fəaliyyət göstərir. Bu teatrda "Fraqmentlər" mono tamaşasını səhnələşdirmək mənim üçün önəmlidir. Çünki mən həm müstəqil fəaliyyət göstərən teatra dəstək olmaq, həm də sənətimi daha azad göstərmək istəyirəm. Azərbaycanda hər gün mənasız ehtiyaclar üçün pullar xərcləyən gənclər, hansısa qrup üzvləri biletin baha olmasından gileylənirsə, deməli, hələ də bu şəkildə yaşamağa layiqdirlər. Çünki sənət üçün nələrsə etmək və müəyyən mübarizələr aparmaq lazımdır. Ona görə ruslar son pulunu belə teatra verir. Düşünmək üçün və tamaşadan sonra özünə sual vermək üçün. Düşünmək istəməyənlər, sənəti görmək istəməyənlər əzbərlə yaşamağa məcburdurlar".

Qeyd edək ki, 1 və 2 mart tarixlərində F.M. Dostoyevskinin əsəri əsasında hazırlanan "Fraqmentlər" tamaşası "Oda" Teatrında nümayiş olunacaq.

Tarix
2014.02.20 / 01:20
Müəllif
Gülnarə Kərimova
Digər xəbərlər

Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır

Putin Ramiz Mehdiyevin çevriliş planını niyə ifşa etdi?

Bakının Qəzza prosesində iştirakı ABŞ-ın seçimidir

Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video

Gəncədə törədilən növbəti terrordan beş il ötür

Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama

Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video

Mehdiyevin çevriliş cəhdində İmişli detalı - İlginc

Putin Düşənbədə Əliyevə Ramiz Mehdiyev haqda nələr deyib?

Fransa ilə anlaşılmazlığa səbəb olan məsələlər... - Prezident

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla