Yuxarı

ABŞ Ukrayna qətnaməsinin əleyhinə çıxdı: İrəvan və Bakı...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

21:38

BMT Baş Assambleyası Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu ilə bağlı qətnamə qəbul edib.

Axar.az xəbər verir ki, Avropa ölkələri və Ukraynanın hazırladığı qətnamə lehinə 93 ölkə səs verib.

ABŞ, İsrail və Macarıstan da daxil olmaqla, 18 dövlət isə qətnamənin əleyhinə çıxıb.

65 ölkə (o cümlədən Ermənistan) bitərəf qalıb. Azərbaycan səsvermədə iştirak etməyib.

Qətnamədə BMT Nizamnaməsinə və beynəlxalq hüquq normalarına uyğun olaraq, gərginliyin azaldılması, hərbi əməliyyatların sürətlə dayandırılması və Ukraynaya qarşı böyük dağıntılar və insan iztirabları, o cümlədən mülki əhali arasında itkilərə səbəb olan müharibənin sülh yolu ilə həlli tələb olunur.

Qətnamədə “Rusiya Federasiyasının bütün silahlı qüvvələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ukrayna ərazisindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarmasını və Rusiya Federasiyasının Ukraynaya qarşı hərbi əməliyyatları dərhal dayandırmasını tələb edən” indiyədən qəbul edilmiş müvafiq qətnamələrin tam icrasının zəruriliyi xatırladılır.

Tarix
2025.02.24 / 21:43
Müəllif
Axar.az
Digər xəbərlər

Leyla və Arzu Əliyeva Ər-Riyadda forumda - Foto

Azərbaycanla Pakistan birgə istehsal müəssisələri yaradır

Bir neçə gün əvvəl Azərbaycandan yardım gəldi - Qusev

Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirildi

Əliyevdən Şərifə: Dəstəyi davam etdirəcəyik

Biz bunun keyfiyyətindən çox razıyıq - İlham Əliyev

Əliyevlə Şahbaz Şərif mətbuata bəyanatla çıxış etdi

Bakının İrəvandan gözləntisi - Nazir müavini

Məmmədov Cenevrədə Mirzoyana bu sözlərlə cavab verdi

İlham Əliyevin adından Şərifin şərəfinə ziyafət verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla