Yuxarı

MİT-dən Livan sərhədində əməliyyat: Dükancı ələ keçdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
MİT-dən Livan sərhədində əməliyyat: Dükancı ələ keçdi

MİT 2013-cü ildə Reyhanlıda 53 nəfərin ölümü ilə nəticələnən terror aktını törədənlərdən biri olan Temir Dükancını Suriyadan Livana qaçmaq istəyərkən yaxalayıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, MİT terror hücumunda istifadə edilən partlayıcıların dəniz yolu ilə Türkiyəyə gətirilməsinə kömək edən və partlayıcıların daşınması üçün vasitələri təmin edən Dükancının Suriyada olduğunu təsdiqlənib.

Livana qaçmağa hazırlaşdığı anlaşılan Dükancının orada toplayacağı təşkilat üzvləri ilə Türkiyənin xaricdəki səfirliklərinə qarşı hücum təşkil etməyi planlaşdırdığı və bu məqsədlə saxta pasport axtarışında olduğu müəyyənləşib.

Adıçəkilən terrorçu MİT-in Suriya-Livan sərhədində keçirdiyi əməliyyat çərçivəsində yaxalanaraq Türkiyəyə gətirilib.

Tarix
2025.02.25 / 16:39
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla