Yuxarı

Qərbi Azərbaycana torpaq iddiaları: Bura Kürdüstandır…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qərbi Azərbaycana torpaq iddiaları: Bura Kürdüstandır…

İranda Novruz bayramı ərəfəsində şənlik mərasimləri adı altında Qərbi Azərbaycan əyalətinə qarşı yenidən torpaq iddiaları səsləndirilib.

Axar.az xəbər verir ki, bu barədə güneyli fəallar məlumat yayıb.

Məlumata görə, mərasim təşkilatçıları Qərbi Azərbaycan əyalətinin Naxçıvanla sərhəddə yerləşən Poldəşt şəhərini Kürdüstan, bölgə sakinlərini kürd kimi təqdim ediblər.

Azərbaycan torpaqlarına qarşı ərazi iddiası ilə bağlı məlumatlar kürddilli media ilə yanaşı, bəzi farsdilli mediada və Almaniya radiosunun fars bölməsində də əks olunub.

Almaniya radiosunun fars bölməsi Poldəştdə keçirilən tədbiri “İranın kürd bölgələrində bayramqabağı şənlik mərasimləri” başlığı ilə yayıb.

Bununla eyni vaxtda Qərbi Azərbaycan əyalətinin Maku və Bukan şəhərlərində də oxşar tədbirlər keçirilib, ərazi iddiaları irəli sürülüb.

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhəri və başqa yerlərdə də oxşar tədbirlərin keçirilməsi ilə bağlı rəsmi icazə alındığı, qarşıdakı günlərdə geniş tədbirlərin keçiriləcəyi bildirilir.

Tarix
2025.03.03 / 13:06
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla