
Güclü külək əsəcək – Sarı və narıncı xəbərdarlıq
15:12
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Ukrayna Prezidenti Vladimir Zelenskinin üzr istəməsi üçün Ağ Ev Ukraynaya hərbi yardımı dayandırmaq qərarına gəlib.
Axar.az xəbər verir ki, bu barədə CNN Ağ Evdəki mənbələrə istinadla məlumat yayıb.
“Tramp və onun köməkçiləri nadir torpaq ehtiyatları ilə bağlı sövdələşməni imzalamazdan və ya davamlı xarici yardımı müzakirə etməzdən əvvəl Zelenskinin günahını etiraf etməsini istəyirlər. Yardımın kəsilməsi qərarı Ukraynaya təzyiq strategiyasıdır”, - kanal bildirib.
CNN qeyd edib ki, hətta Dövlət katibi Marko Rubio Zelenskini Trampla münaqişəyə görə açıq şəkildə üzr istəməyə çağıran rəsmilərdən biri olub.
Tarix
2025.03.04 / 11:52
|
Müəllif
Axar.az
|