Yuxarı

Suriya yenə qarışdı: Türkiyə XİN-dən reaksiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suriya yenə qarışdı: Türkiyə XİN-dən reaksiya

Latakiya və ətrafında baş verən təxribatların Suriyada və regionda sülhə təhdid olmasına yol verilməməlidir.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Önçü Keçeli X-dəki paylaşımında qeyd edib.

Mətbuat katibi bildirib ki, Suriyada təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün intensiv səylər davam etdirilir:

"Belə kritik bir zamanda Latakiya və ətrafında baş verən gərginlik, eləcə də təhlükəsizlik qüvvələrinin hədəfə alınması Suriyanı birlik və həmrəylik içində gələcəyə aparma səylərini sarsıda bilər. Biz suriyalıların sülh və rifah içində yaşamaq hüququnu hədəf alan hər cür hərəkətə qarşıyıq. Türkiyə Suriya xalqının və hökumətinin yanında olmağa davam edəcək".

Qeyd edək ki, ötən gün Əsəd tərəfdarları ilə (ələvilər - red.) Suriya Təhlükəsizlik İdarəsinin əməkdaşları arasında baş verən toqquşmada 48 nəfər ölüb. Bu gün Suriya hökumətinə tabe olan silahlı qüvvələr keçmiş prezident Bəşər Əsədi dəstəkləyən silahlı birləşmələrlə mübarizə aparmaq üçün Latakiya və Tartus şəhərlərinə daxil olub.

Tarix
2025.03.07 / 14:58
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkianın bu sözü Türkiyə mediasında yanlış yozuldu

Ramiz Mehdiyevin atası da vətənə xəyanət edib?

Azərbaycan buna icazə verməyə hazırdır - Overçuk

Qardaş ölkə İstanbulda sülh sazişi imzalayacaqmı?

İlham Əliyev Avstriya prezidentini təbrik etdi

XİN bu ölkəni təbrik etdi

Türkiyə 125 ölkə ilə 350 müqavilə imzaladı - Azərbaycan da var

Günay Ağamalıdan qurultaydakı qalmaqalla bağlı bəyanat

Paşinyan Azərbaycanla sərhəddə

Yevgeni Belousov da Bakını tərk etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla