Yuxarı

Rusiyadan gedənlər pensiyalarını necə ala bilərlər?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadan gedənlər pensiyalarını necə ala bilərlər?

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsi və Rusiya Federasiyasının Sosial Fondu (RSF) daimi yaşamaq üçün xaricə köçmüş vətəndaşların pensiyasının alınması qaydasını izah edib.

Axar.az xəbər verir ki, xaricə daimi yaşayış yerinə köçən pensiyaçılar Rusiya pensiyasını almaqda davam edə bilərlər. Buna görə xaricə getmək üçün ərizə təqdim edilməlidir. Bunu şəxsən və ya RSF-nin ərazi orqanında, çoxfunksiyalı mərkəzdə (ÇFM) və ya “Dövlət Xidmətləri” portalında bir nümayəndə vasitəsilə etmək olar.

Ərizə getməzdən əvvəl təqdim edilməmişsə, ölkəni tərk etdikdən sonra tamamlana bilər. Bu halda ərizə RSF-nin ərazi orqanına və ya RSF-nin Köçürmə və İnteqrasiya üzrə Sosial Təminat Departamentinə poçt vasitəsilə göndərilir. Ərizə formaları, həmçinin tələb olunan sənədlərin siyahısı RSF-in internet saytında yerləşdirilib.

Sənədlərin surətləri orijinalları əlavə edilmədən RSF-ə təqdim edildikdə, onların etibarlılığı notarius tərəfindən təsdiqlənməlidir.

Elektron xidmətlər RSF saytında “Vətəndaşın şəxsi kabineti”ndə mövcuddur. Onların vasitəsilə pensiyanın təyin edilməsi və ödənilməsi barədə məlumat almaq, həmçinin təqdim edilmiş sənədlərin hərəkətini izləmək olar.

Tarix
2025.03.08 / 20:20
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak etdi

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla