Yuxarı

Putin və Trampın bu razılaşması Yaxın Şərqi dəyişəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin və Trampın bu razılaşması Yaxın Şərqi dəyişəcək

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın danışıqları göstərdi ki, hər iki lider müzakirə prosesində peşəkar davranır, kompromisə və qarşılıqlı güzəştə gedir.

Axar.az xəbər verir ki, bu sözləri türkiyəli təhlükəsizlik eksperti Abdullah Ağar TASS-a açıqlamasında ötən gün Putin və Tramp arasında baş tutan telefon danışığını şərh edərkən deyib.

"Bu təmasların bir neçə ayrıca aspekti var. Tramp və Putin arasında aparılan bu danışıqların əsas reallığı üç ildən artıqdır davam edən müharibədir. Və burada həll üçün axtarışın özü çox vacibdir. Əgər tərəflər arasında artıq razılaşdırılmış və ya gələcəyə buraxılmış məsələlərə nəzər salsaq, bu, qlobal geosiyasi tənliyin formalaşmasında son dərəcə mühüm alətdir. Nəhayət, tərəflərin müharibənin gedişi ilə bağlı mövqelərini korrektə etmək arzusu var. Onlar xoşməramlı jestlər edir, kompromislər axtarır, şərtlərini təklif edir və güzəştə gedirlər. Bütün bunlar danışıqlar prosesində son dərəcə vacibdir. Hər iki tərəfdən - Rusiya və ABŞ-dan biz peşəkar yanaşma görürük”, - Ağar bildirib.

Ekspert Putinlə Trampın danışıqlarda İsrailin təhlükəsizliyinə mühüm yer ayırmalarına diqqəti çəkib:

“Bu, xüsusilə İranın müzakirəsi kontekstində hiss olunur. Putin və Trampın İranın heç vaxt İsrail üçün dağıdıcı problem olmaması ilə bağlı məsələyə ümumi yanaşmasını ortaya qoyması regiondakı mübarizəyə böyük təsir göstərəcək. Bu, Yaxın Şərq üçün ciddi aspektdir”.

Tarix
2025.03.19 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla