Yuxarı

İmamoğlunun “gizli kassası” ABŞ-a qaçdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İmamoğlunun “gizli kassası” ABŞ-a qaçdı

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı keçirilən kütləvi korrupsiya istintaqı çərçivəsində “Medya” A.Ş. İdarə Heyətinin sədri Murad Ongunun sağ əli və ortağı olduğu iddia edilən Əmrah Bağdadlının ABŞ-a qaçdığı məlum olub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, Bağdadlının 2022-2024-cü illərdə öz adına yaratdığı şirkətlər vasitəsilə 60-dan çox tender qazandığı müəyyən edilib. Bundan başqa, onun yanında işləyən 35 nəfərin adına reklam şirkəti qurduğu və tenderləri qazandığı, bu şirkətlərin bir çoxunun eyni ünvanda olduğu bəlli olub.

Bundan başqa, Bağdadlının evində milyonlarla lirə dəyərində saat kolleksiyasının olduğu da vurğulanıb.

Qeyd edək ki, Türkiyə mətbuatı Bağdadlını İBB sədri Əkrəm İmamoğlunun “gizli kassası” kimi təqdim edib.

Xatırladaq ki, ötən gün İstanbul Böyükşəhər Bələdiyyəsində korrupsiyaya qarşı əməliyyat keçirilib. Əməliyyat çərçivəsində İmamoğlu da daxil olmaqla, 106 nəfər saxlanılıb.

Tarix
2025.03.20 / 17:34
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Ermənistanda etiraf: Bakı yeni mərhələyə keçdi

İsrail “soyqırım” səsverməsini Bakının təzyiqi ilə dayandırıb

Rusiyaya cavab: 3 baza, 3 tanker... - Zelenski elan etdi

Rusiya Kiyevdəki Azərbaycan səfirliyini vurdu - Foto

Həlak olan hərbçimizlə bağlı yayılan video…

Naxçıvanın keçmiş rəhbərindən şok: Parlamentdə şortla...

Xəzər geri çəkilir: Azərbaycanı gözləyən 10 böyük təhlükə

Şövkət Mirziyayev Mikayıl Cabbarovu qəbul etdi

Mustafayevlə Overçuk sentyabrda görüşəcək

Vətən müharibəsi yeni reallıqlar yaradıb - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla